Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA - YENİLƏNİB

Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA - YENİLƏNİB İyulun 27-si saat 19:00-a olan məlumatına əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.
Ekologiya
27 İyul , 2024 23:04
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA - YENİLƏNİB

İyulun 27-si saat 22:00-a olan məlumata əsasən, bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə “Report”a ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qəbələ, Naftalan, Bərdə, Daşkəsən, Gədəbəy, Yardımlı, Tərtər, Yevlax, Goranboy, Naftalan, Zaqatala, Şəki, Gəncə, Göyçay, Oğuz, Göygöl, Sarıbaş(Qax), Xınalıq, Şahdağ, Mingəçevir, Balakəndə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Sarıbaşda(Qax), Qrızda duman müşahidə olunub.

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-dək güclənib.

19:56

İyulun 27-si saat 19:00-a olan məlumatına əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.

ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən “Report”a bildirilib ki, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.

Leysan xarakterli yağış Gədəbəy rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub.

Saat 17:40 radələrində Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.

Şəkıdə və Sarıbaşda (Qax) duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir güclənərək sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.

Son xəbərlər

Orphus sistemi