BMT Baş katibinin müavini Azərbaycan nümayəndə heyəti ilə görüşüb

BMT Baş katibinin müavini Azərbaycan nümayəndə heyəti ilə görüşüb BMT-nin mənzil-qərargahında keçirilən Su konfransında iştirak edən Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb.
Ekologiya
24 Mart , 2023 03:16
BMT Baş katibinin müavini Azərbaycan nümayəndə heyəti ilə görüşüb

BMT-nin mənzil-qərargahında keçirilən Su konfransında iştirak edən Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb.

"Report"un ABŞ bürosu xəbər verir ki, görüşdə L. Junhuana Azərbaycanda su ehtiyatlarının səmərəli istifadəsi istiqamətində görülən işlər, transsərhəd çayların idarə edilməsində beynəlxalq əməkdaşlığın vacibliyi, Oxçuçayın Ermənistan tərəfindən sənaye tullantıları ilə çirkləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Ermənistan tərəfindən mina xəritələrinin verilməməsinin bərpa və quruculuq işlərinə təsiri ilə bağlı məlumatlar verilib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran müxtəlif mövzular barəsində müzakirələr aparılıb.

Nazir Li Junhuanı bu ilin noyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılan Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumuna dəvət edib. O da, öz növbəsində, dəvəti yüksək qiymətləndirib, Azərbaycanın BMT-yə veridiyi töhfələrindən məmnunluğunu dilə gətirib.

Son xəbərlər

Orphus sistemi