Bolqarçayın yuxarı axınında suyun səviyyəsi azalıb

Bolqarçayın yuxarı axınında suyun səviyyəsi azalıb Bolqarçay çayının Biləsuvar şəhərinin mərkəzindən keçən hissəsində suyun səviyyəsi maksimal həddə çatır.
Ekologiya
31 May , 2023 22:47
Bolqarçayın yuxarı axınında suyun səviyyəsi azalıb

Biləsuvar rayonunda sel təhlükəsi yaşanan Bolqarçayında azalma müşahidə olunur.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, hazırda çayın yuxarı axınında suyun səviyyəsi 1,5 metrə yaxın azalıb.

Həmçinin çayın aşağı axınında, rayonun Xırmandalı kəndində suyun səviyyəsi artsa da, texnikaların müdaxiləsi nəticəsində vəziyyət nəzarət altına alınıb.

Qeyd edək ki, mayın 31-i saat 02:00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub. Sel sularının qarşısının alınması xüsusi qərargah yaradılıb.

16:24

Bolqarçay çayının Biləsuvar şəhərinin mərkəzindən keçən hissəsində suyun səviyyəsi maksimal həddə çatır.

Bu barədə "Report"un Muğan bürosunun ərazidə olan əməkdaşı xəbər verir.

Çayda suyun səviyyəsinin artacağı təqdirdə suyun ətrafdakı torpaq ərazilərə yönəldiləcəyi planlaşdırılıb.

Qeyd edək ki, mayın 31-i saat 02.00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub. Sel sularının qarşısının alınması xüsusi qərargah yaradılıb.

Son xəbərlər

Orphus sistemi