Bazar günü Azərbaycanda hava şəraiti yağmurlu olacaq

Bazar günü Azərbaycanda hava şəraiti yağmurlu olacaq Bakıda 10 dərəcə isti olacağı gözlənilir
Ekologiya
19 Noyabr , 2016 12:34
Bazar günü Azərbaycanda hava şəraiti yağmurlu olacaq

Bakı. 19 noyabr. REPORT.AZ/ Bazar günü Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, noyabrın 20-də paytaxt və yarımadada şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 779 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi