Azərbaycanda nazirlik qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Azərbaycanda nazirlik qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir
Ekologiya
25 Noyabr , 2014 12:45
Azərbaycanda nazirlik qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Bakı. 25 noyabr. REPORT.AZ/ Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 4-6, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 765 mm sütununa düşəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, yaxın 2 gün ərzində ölkə ərazisində qeyri-sabit, soyuq, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi