Azərbaycanda havanın temperaturu artacaq

Azərbaycanda havanın temperaturu artacaq Ölkə ərazisində 15 dərəcəyədək isti olacağı gözlənilir
Ekologiya
28 Noyabr , 2016 12:22
Azərbaycanda havanın temperaturu artacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ Sabah, noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, paytaxtın və yarımadanın bəzi yerlərində duman olacaq.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-14 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütünundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2dərəcəyədək isti, gündüz 10-15, dağlarda gecə 2 dərəcə şaxtadan 3dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi