Azərbaycanda bu torpaqları təmizləmək üçün 15 milyard ABŞ dolları lazımdır - MÜSAHİBƏ

Azərbaycanda bu torpaqları təmizləmək üçün 15 milyard ABŞ dolları lazımdır - MÜSAHİBƏ Bir neçə gün öncə Azərbaycan Milli Elmlər Akademiyasınının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov təbii-texnogen təhlükələr əsasında Azərbaycanın ekoloji risklər xəritəsini işləyib hazırlayıb. M.İsmayılov Reporta müsahibəsində Azərbaycanın ekoloji risklər xəritəsinin hazırlanması üçün yaranan zərurətə və səbəblərə aydınlıq gətirib. O, xəritədə yer alan risklər və özəlliklər barədə fikirlərini bölüşüb.
Ekologiya
485
15 Fevral , 2020 11:22
Azərbaycanda bu torpaqları təmizləmək üçün 15 milyard ABŞ dolları lazımdır - MÜSAHİBƏ
Mirnuh İsmayılov / Report / Sultana Ahmadbayli

Bir neçə gün öncə Azərbaycan Milli Elmlər Akademiyasınının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov təbii-texnogen təhlükələr əsasında Azərbaycanın ekoloji risklər xəritəsini işləyib hazırlayıb. M.İsmayılov "Report"a müsahibəsində Azərbaycanın ekoloji risklər xəritəsinin hazırlanması üçün yaranan zərurətə və səbəblərə aydınlıq gətirib. O, xəritədə yer alan risklər və özəlliklər barədə fikirlərini bölüşüb.

“Report” Mirnuh İsmayılovla müsahibəni təqdim edir:

- Mirnuh müəllim, ekoloji risk xəritəsinin yaradılmasına zərurət var idimi?

- Ekoloji risk bu dəqiqə dünyada ən aktual məsələlərdən biridir. Bütün insanlar, iş adamları, investorlar, siyasətçilər və regional inkişaf planını hazırlayanlar iş qurarkən, torpaq alarkən həmin ərazidə hansı ekoloji risklərin olduğunu bilmək istəyirlər. Çünki insanların sayı durmadan artır, yer səthində texnogen yüklənmə çoxalır bunlar da yeni risk mənbələri yaradır. İnsanların həyat fəaliyyətinə yaranan risklərdən danışırıq. Həyat fəaliyyəti deyəndə təsərrüfat, iş və istirahəti nəzərdə tuturuq. İnsanlar yaşamlarında hansı risklərin olduğunu bilməlidir. Son zamanlar Azərbaycanda elə ərazilər yaranıb ki, əhali sıxlığı 700-800 nəfəri keçib. Bu da məcburiyyət üzünüdən insanların bir yerə yığılmasıdır. Məsələn, Çində koronavirus çıxıb üzə. Orada əhalinin sıxlığı yüksəkdir. O ərazinin landşaft yükü onu daşıya bilmir. Müəyyən viruslar, xəstəliklər üzə çıxıb insanların sayını tənzimləməyə çalışır. Bu təbiətdə olan tarazlığın pozulmasının nəticəsidir. Bütün bunlar bizi risk xəritəsi yaratmağa məcbur etdi.

Azərbaycan ərazisində sel, sürüşmə, daşqın, demoqrafik və texnogen yüklənmə, səth və yeraltı suların çirklənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranlaşma, bataqlaşma, iqlimdəki risklər (quraqlıq, kəskin şaxta, isti, isti quru küləklər və s.), səhralaşma və zəlzələ kimi ekoloji risk yaradan mənbələr müəyyən edilib. Xəritənin təhlilindən məlum olur ki, respublika ərazisinin 37,2%-i çox zəif, 19,8%- i zəif, 23,9%-i orta, 12,4%-i yüksək və 6,8%-i çox yüksək ekoloji riskli ərazilərdir.

- Risklər deyəndə konkret olaraq nələr nəzərdə tutulur?

- Dünyada olduğu kimi bizdə də risklərə müxtəlif cür yanaşırlar. Yəni ən çox komponent və ya bir amil şəklində yanaşırlar. Məsələn, radioaktiv, zəlzələ risk zonaları ilə bağlı məsələlər işlənilib. Amma bunları bir araya gətirib, vahid xəritə yaratmaq və həmin xəritədə bunların hamısını qeyd etmək halı olmamışdı. Təşəbbüs akademik Ramiz Məmmədovdan gəldi. Biz xəritədə riskləri iki yerə böldük. Bunlar təbii və texnogen risklərdir. Təbii risklərə, təxminən, 15-ə yaxın risk daxildir ki, onlar sürüşmə, sel, zəlzələ, erroziya və sairdir. Azərbaycanda bunlarla bağlı xəritələr olub, lakin dərəcələndirməklə, risk səviyyəsində yox.

Texnogen risklərə isə demoqrafik yüklənmə, neft sənayesi, dağ-mədən hasilatı ilə əlaqədar çirklənmiş sahələrin genişlənməsi, daş karxanalaranının inkişaf etməsi ilə əlaqədar yaranan risklər aiddir. İmişli, Yevlax rayonlarında yerin altından, bəzən 10-40 metr dərinlikdən çınqılı çıxarır və emal edirlər. Amma xəbərləri yoxdur ki, orada çox böyük risk zonaları yaranıb. Həmin ərazilərdə evlər, yollar var. Oradakı risklər bu gün-sabah üzə çıxmaya bilər. Bu da insanları rahatlaşdırır. Amma orada suyun azalması, suxurlar arasında əlaqələrin yenidən qurulması yeni uçqunların, təhlükələrin yaranmasına səbəb olur. Daş karxanaları olan ərazilər də risk zonalarıdır. Gədəbəydə, Daşkəsəndə dağ mədən sənaye sahələri var. Orada terikon təpələr əmələ gəlib. Onlar da torpaqların məhsuldarlığı üçün müəyyən risklər daşıyırlar. Torpağın məhsuldarlığının azalması məhsul əldəetməni sual altına salır. Kimyəvi elementlər yerin altında olmalı olduğu halda yerin səthinə çıxır. Yağış suları ilə də bir yerdən başqa yerə daşınır. Torpağın münbitliyi azalır və şoranlaşma əmələ gəlir. Şoranlaşma özü antropogen proseslərdən yaranır. Məsələn, bizim ekspedisiyalarımız zamanı yerli əhali qeyd edir ki, 50-ci illərə qədər şoran torpaqlar olmayıb. Amma Mingəçevir su anbarı tikiləndən sonra, Yuxarı Şirvan, Qarabağ kanalı, çəkiləndən sonra yeraltı sular qidalandı. Bununla da hamısı qalxdı və şoranlıqlar yarandı. Bunlar insan amili nəticəsində yaranıb. Son zamanlar Kür-Araz ovalığında bataqlaşma meyilləri var. Çünki bəzi göllər yayda qurumalıdır, amma ora yayda da su buraxırlar. Yayda da, qışda da su olanda qurunt sularının səviyyəsi qalxır. Ovalığa getsək, desəm ki, bura yarımsəhradır, deyərsiz ki, burada bu qədər bitki örtüyü var, necə yarımsəhra ola bilər? Bu, sübut edir ki, biz təbiəti tamamilə dəyişmişik. Amma bunun nəticələrini görmək istəmirik.

- Bəs xəritədən hansı istiqamətlərdə istifadə edilə bilər?

- Biz xəritəni tərtib edəndə 9-a yaxın amilləri hərflərlə qeyd etdik. Gələcəkdə üzə çıxan yeni amilləri nəzərə alıb, xəritəni daha da təkminləşdirmək olar. Ümumiyyətlə, bu xəritə infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, seliteb-şəhər planlaşdırılmasında, sığorta işlərində vacib mənbə rolunu oynaya bilər. Bunda dövlətin də marağı olmalıdır. Biz akademik təşkilatıq. Burada onun metodiki cəhətdən necə hazırlandığını göstəririk. Kompüter texnologiyasından istifadə edərək elektron xəritələr yarana bilər. Əvvəllər bunun hazırlanması üçün bir-iki il lazım olurdusa, indi məkan məlumatları kifayət qədər olarsa, daha qısa bir zamanda hazırlana bilər. Xəritə 1:600 000 miqyasındadır. Yəni orta miqyaslı xəritədir. Bundan respublika səviyyəli layihələrin həyata keçirilməsində istifadə etmək olar. Amma regional səviyyəyə gəldikdə isə onlar üçün ayrıca xəritələr hazırlanmalıdır. Çünki regionlarda risk mənbələri fərqlidir. Daha sonra bunu inzibati-rayon, bələdiyyələr səviyyəsində də etmək olar. Mən harasa investisiya qoymaq, ev tikmək istəyirəm. O zaman orada hansı ekoloji risklərin olduğunu bilmək mənim hüququmdur.

- Minhur müəllim, xəritə hansısa problemlərin həllinə istiqamət verə bilər?

- Ekoloji risklərin belə verilməsi yeni problemlər ortaya atır. Artıq respublika, region üçün müəyyən ekoloji standartlar işlənib hazırlanmalıdır. Bu da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəsidir. Amma o standartların hazırlanması, təbii ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. O standartlar da imkan verir ki, risklərin aradan qaldırılması üçün müəyyən tədbirlər görülsün. Əgər orada zəlzələ olma riski yüksəkdirsə, ev necə tikilməlidir. Səhralaşma, sürüşmə, sel riski varsa, məskunlaşma necə getməli, əkin necə aparılmalı olduğu barədə standartlar hazırlanmalıdır. Standartlara uyğun layihə işlənməli və maliyələşdirilməlidir ki, onu da tenderlər vasitəsi ilə edirlər. Tenderlərin qalibi də adətən layihəni az pula başa gətirənə verilir. Az pul verən də standartları nəzərə almayandır. Ona görə də indiki halda dövlət səviyyəsində ekoloji vəziyyətin gərginləşməsinin aradan qaldırılması çox vacibdir. Buna görə də belə xəritələrin yaradılması lazımdır. Bakıda da müəyyən riskli ərazilər var. Amma o risklərə qarşı tədbirlər də var. Bəzi yerlərdə sürüşmə riskləri var ki, bütün Bakıya aid deyil, lokal olaraq Badamdar, Bayıl, Əhmədli yaylası, Zığ tərəflərdir. Paytaxtda həmçinin səhralaşma riski var, amma ona qarşı da müəyyən tədbirlər görülür. Məsələn, yaşıllıq sahələri salınır ki, bu da riski müəyyən qədər azaldır. Ümumiyyətlə, son zamanlar risklərə qarşı meşələrin artırılması çox gözəl təşəbbüsdür. Bu, həm də torpaqların münbitləşməsi üçün yaxşıdır.

Mirnuh İsmayılov / Report / Sultana Ahmadbayli
Mirnuh İsmayılov / Report / Sultana Ahmadbayli

- Bəs torpaqların münbitləşməsi üçün nə etmək lazımdır?

- Torpaqların münbitləşdirilmısinin qaydaları var və buna müəyyən qədər zaman lazımdır. Bu, bir az maliyyə tələb edən sahədir. Kür-Araz ovalığında xeyli torpaq şoranlaşıb. Onları dövriyyəyə qaytarmaq üçün təxminən 15 milyard ABŞ dollara qədər vəsait lazımdır. Amma vaxtilə buna imkan verməyə bilərdik. Yəni şoranlaşmanın qarşısını ala bilərdik. Prezident qərar verib ki, qeyri-neft sektorunu inkişaf etdirilsin. Bunun üçün də şoran torpaqların yuyulması vacibdir.

Son xəbərlər

Orphus sistemi