Azad edilmiş ərazilərdə ekoloji hüquqpozmalarla bağlı 106 akt, 64 protokol tərtib olunub

Azad edilmiş ərazilərdə ekoloji hüquqpozmalarla bağlı 106 akt, 64 protokol tərtib olunub Cari ilin ötən dövrü ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilmiş nəzarət tədbirləri zamanı aşkar edilmiş ekoloji hüquqpozmalarla bağlı ümumilikdə 106 akt, 64 protokol tərtib olunub.
Ekologiya
10 Dekabr , 2024 13:15
Azad edilmiş ərazilərdə ekoloji hüquqpozmalarla bağlı 106 akt, 64 protokol tərtib olunub

Cari ilin ötən dövrü ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilmiş nəzarət tədbirləri zamanı aşkar edilmiş ekoloji hüquqpozmalarla bağlı ümumilikdə 106 akt, 64 protokol tərtib olunub.

"Report"un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev Ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, nöqsanların aradan qaldırılması üçün 11 ədəd müddətli "Ekoloji tələb" verilib:

"Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi, vəzifəli və fiziki şəxslərə ümumilikdə 147 min 60 manat məbləğində cərimə tətbiq edilib və ətraf mühitə dəymiş ziyanla bağlı 22 iş üzrə 29 273,57 manat məbləğində iddia qaldırılıb.16 işlə bağlı toplanmış materiallar aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib".

Son xəbərlər

Orphus sistemi