Azad edilmiş ərazilərdə meşə fondu sahələrinin inventarlaşdırılması işləri gələn ilin sonunadək yekunlaşacaq

Azad edilmiş ərazilərdə meşə fondu sahələrinin inventarlaşdırılması işləri gələn ilin sonunadək yekunlaşacaq İşğaldan azad edilmiş ərazilərdə meşə fondu sahələrinin inventarlaşdırılması və qiymətləndirilməsi məqsədilə uzaqdan zondlama üsulu ilə 5 rayonda - Zəngilan, Füzuli, Cəbrayıl Qubadlı və Kəlbəcər ərazisində görülən işlərin 50 faizə qədəri yekunlaşıb və 202
Ekologiya
19 İyul , 2024 12:40
Azad edilmiş ərazilərdə meşə fondu sahələrinin inventarlaşdırılması işləri gələn ilin sonunadək yekunlaşacaq

İşğaldan azad edilmiş ərazilərdə meşə fondu sahələrinin inventarlaşdırılması və qiymətləndirilməsi məqsədilə uzaqdan zondlama üsulu ilə 5 rayonda - Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Kəlbəcər ərazisində görülən işlərin 50 faizə qədəri yekunlaşıb və 2025-ci ilin sonunadak tam yekunlaşdırmağı planlaşdırırıq.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, işğal dövründə ən çox ziyan görmüş yerlər meşə örtüyü və biomüxtəliflikdir.

Nazir müavininin sözlərinə görə, 60 min hektar ərazinin 50 min hektardan çox meşə örtüyü məhv edilib: "Əlbəttə, bu, son rəqəm deyil. Daha böyük rəqəmlər də var. Mina təhlükəsi səbəbindən tam rəqəm deyə bilmirik. Qiymətli meşə cinslərimiz daşınıb".

V.Kərimov, həmçinin bildirib ki, bu gün işğaldan azad edilən ərazilərdə aparılan işlər sayəsində bəbirlər, cüyürlər, nadir heyvanlar bu ərazilərə qayıdır.

Son xəbərlər

Orphus sistemi