Azərbaycanda xüsusi mühafizə olunan ərazilərdən kənarda olan bir çox nadir bitki növlərinin mühafizəsi üçün tədbirlər görülür.
"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, həmin ərazilərdən kənarda qalan bitki və heyvan növlərinin mühafizəsi üçün müasir dünyada tətbiq olunan maraqlı layihənin tətbiqinə hazırlıq gedir: "Yaşıl Dünya naminə Həmrəylik ili" çərçivəsində həyata keçirilən tədbirlər sırasında xüsusi mühafizə olunan ərazilərdən kənarda qalan bitki növlərinin mikrorezervatlar yaratmaqla təbiət abidəsi kimi mühafizəsi tədbiri də var ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi aidiyyəti qurumlarla birgə artıq bu istiqamətdə fəaliyyəta başlayıb".
"İlkin olaraq xüsusi mühafizə olunan ərazilərdə kənarda qalan 10 belə nadir bitki növünün yeri müəyyənləşib. Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarının ərazisində də bu cür qorunma altına alınmalı olunan növlər var və növbəti illərdə onların da mühafizəsi ilə bağlı işlər aparılır", - V.Kərimov əlavə edib.