İnkişaf etməkdə olan ölkələr təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün borc vəsaitləri götürsələr, borc içində batacaqlar və dünya okeanının səviyyəsi qalxmadan öncə müflis olacaqlar.
"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Amerikalılararası İnkişaf Bankının prezidentinin iqlim dəyişikliyi üzrə müşaviri Avinaş Persaud Gürcüstanın paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən “Transformasiya üçün iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində nəticələrin əldə edilməsi” adlı seminarda bildirib.
“Əgər inkişaf etməkdə olan ölkələr hər bir təbii fəlakətin aradan qaldırmaq, itkiləri və zərərləri ödəmək, hər bir cəmiyyəti bərpa etmək üçün borc vəsaitlərindən istifadə etməli olsaydılar, çox əvvəl borc içində batardılar”, - müşavir bildirib.
O qeyd edib ki, buna görə də dayanıqlılığa sərmayə qoymaq məsələsi aktuallaşır və bununla 6-7 dəfə daha çox qənaət əldə etmək mümkündür.