Altıağaca qar yağıb - FAKTİKİ HAVA

 Altıağaca qar yağıb - FAKTİKİ HAVA Altıağaca qar yağıb.
Ekologiya
1 Dekabr , 2022 10:46
 Altıağaca qar yağıb - FAKTİKİ HAVA

Altıağaca qar yağıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, dekabrın 1-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Lənkəran-Astarada intensiv xarakterli olub.

Qar örtüyünün hündürlüyü Altıağacda 9 sm, Şahdağda 3 sm, Qrız, Xaltan, Qusar, Qaxda 2 sm, Qobustan, Quba, Şəki, Göygöldə 1 sm olub.

Düşən yağıntının miqdarı Lənkəranda 26.0 mm, Lerikdə 25.0 mm, Astarada 19.0 mm, Göytəpədə 11.0 mm, Qəbələdə 10.0 mm, Şahbuz, Yardımlı, Neftçala, Beyləqan, Oğuzda 9.0 mm, Ağdərə, Şəki, İmişli, Salyan, Biləsuvarda 8.0 mm, Göyçayda 7.0 mm, Culfa, Ağdamda 6.0 mm, Şahdağ, Zərdab, Kürdəmir, Şərur, Şəmkir, Zaqatala, Şabran, Altıağac, Qobustan, Mingəçevir, Qax, Xaltan, Xaçmaz, Sədərək, Daşkəsən, Naxçıvan, Yevlax, Sabirabad, Cəfərxan, Şirvan, Hacıqabul, Bərdə, Göygöl, Ceyrançöl, Quba, Balakən,Qusar, Ağstafa, Qrız, Naftalanda 5.0 mm-dək,
Bakıda və Abşeron yarımadasında: Bakıda 8.0 mm, Maştağada 6.0 mm, Binədə 5.0 mm, Pirallahıda 4.0 mm, Sumqayıtda 3.0 mm-dək olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin bu gün də davam edəcəyi, dekabrın 2-də yağıntılarda qısamüddətə fasilə olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi