Ağac kəsənlərlə bağlı polisə müraciət olundu

Ekologiya
  • 02 iyul, 2020
  • 05:42
Ağac kəsənlərlə bağlı polisə müraciət olundu

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 4 saylı dolayında  beş fıstıq ağacının kəsilməsi faktı aşkar edib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, faktla bağlı akt tərtib olunub və təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün İsmayıllı rayon polis şöbəsinə müraciət olunub. 

 

44 filmi