Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi qeyd olunub - FOTO

Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi qeyd olunub - FOTO Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi qeyd olunub.
Ədəbiyyat
24 May , 2019 20:06
Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi qeyd olunub - FOTO
Report/Elchin Murad

Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi qeyd olunub.

"Report" xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Xalq yazıçısı Anar, dövlət rəsmiləri, ədəbiyyat və incəsənət xadimləri, oxucular iştirak ediblər.

Nazir bildirib ki, Xalq şairi Vaqif Səmədoğlu çox zəngin təfəkkürə malik insan idi: "Bu gün böyük bir ədəbiyyat nəslinin nümayəndəsi Vaqif Səmədoğlunun 80 illik yubileyi çərçivəsində Akademik Milli Dram Teatrında onun tamaşası bərpa olunaraq yenidən təqdim olunur. Hesab edirəm ki, bu, gözəl ənənədir. Onun hər bir əsəri böyük əks-sədaya səbəb olur. Çünki o, tamamilə yeni bir düşüncənin sahibi idi. 60-cı illərin azadlıq duyğuları ilə yaradıcılığını tamamilə sərbəst aparmağa nail olmuş şəxsiyyətlərdən biri idi. Ona görə də onun hər bir əsəri yeniliklə fərqlənirdi".

Daha sonra Xalq şairi Vaqif Səmədoğlunun “Generalın son əmri” əsəri əsasında hazırlanan eyniadlı ikihissəli tragikomik tamaşası nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları xalq artistləri - Cəfər Namiq Kamal, Sabir Məmmədov, Əjdər Həmidov, əməkdar artistlər - Mehriban Xanlarova, Dilarə Əliyeva, Sənubər İsgəndərli, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, Hicran Nəsirova, aktyorlar - Rəşad Bəxtiyarov, Ramin Şıxəliyev, Elnar Qarayev və Cümşüd Zeynalov ifa edirlər.

Son xəbərlər

Orphus sistemi