Vaqif Səmədoğlunun xatirəsi yad ediləcək
Ədəbiyyat
- 01 fevral, 2016
- 10:40
Bakı. 1 fevral. REPORT.AZ/ Fevralın 2-də Səməd Vurğunun ev muzeyində xalq şairi Vaqif Səmədoğlunun xatirəsi anılacaq.
Bu barədə "Report"a S.Vurğunun ev muzeyinin direktoru, Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova məlumat verib.
N.Vəkilova mərhum şairin sağlığında hər zaman gəncləri dəstəklədiyini vurğulayıb: "Vaqif, gəncliyi çox sevirdi, gəncliyə həmişə arxa dururdu, onları dəstəkləyirdi. Məhz bu səbəbdən Vaqifin xatirə gününü gənclər günündə qeyd edirik. Tədbirə əsasən gəncləri dəvət etmişik. Gənclər və özünü gənc sayanlar Vaqif Səmədoğlunun xatirəsini yad etməyə gələ bilər".
Qeyd edək ki, fevralın 5-də isə Yazıçılar Birliyinin “Natəvan” klubunda “Kaspi” qəzetinin Vaqif Səmədoğluna həsr etdiyi xüsusi nömrəsinin təqdimatı olacaq.
Son xəbərlər
22:00
Beyləqanda minik və yük avtomobilləri toqquşub, ölən var
Hadisə21:57
ABŞ İranla əlaqəli 60-dan çox təşkilata və gəmiyə sanksiyalar tətbiq edir
Digər ölkələr21:40
Video
İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb
Region21:19
Foto
Video
Bərdədə yol qəzası olub, xəsarət alanlar var
Hadisə21:09
Xalq artisti Tofiq Bakıxanov İkinci Fəxri xiyabanda dəfn olunacaq
Mədəniyyət siyasəti21:07
Qalibaf ABŞ-nin maliyyə təzyiqləri ilə bağlı hədələrinə inanmır
Region21:05
Avropa çempionatı: Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
Komanda20:55
Foto
Daşkənddə "Whispers of Wisdom" sənədli layihəsinin nümayişi keçirilib
Region20:47