Bakı. 10 dekabr. REPORT.AZ/ Türkiyənin tanınmış folklorşünası Nail Tan 2018-ci ildə AMEA-nın Folklor İnstitutunda nəşr edilmiş “Molla Nəsrəddin lətifələri” kitabı ilə bağlı Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun “Türk dünyası dil və ədəbiyyat dərgisi”ndə məqalə dərc etdirib.
“Report” xəbər verir ki, 600 lətifənin yer aldığı kitabı tərtib edən filologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslı, ön söz müəllifi isə Azərbaycan Dövlət Neft Şirkətinin (
Folklorşünas məqaləsində akademik Xoşbəxt Yusifzadənin “Bəşəri müdrikliyin Molla Nəsrəddin zirvəsi” adlı ön sözündə qeyd etdiyi fikirlərinə yer ayırıb.
O yazıb ki, Xoşbəxt Yusifzadə mövzu ilə bağlı məqaləsində Molla Nəsrəddinin hər şeydən əvvəl dünya və ümumtürk mədəniyyətində, onun gülüş sənətində yerini, əhəmiyyətini açıqlayır.
Kitabla bağlı fikirlərini qeyd edən Türkiyəli folklorşünas məqaləsində, həmçinin kitabın türk dünyası üçün əhəmiyyətli nəşr olduğunu vurğulayıb.