Yuxarı
    Bağlamaq

    “Qızıl Kəlmə” mükafatı qaliblərə təqdim olunub

    Nəsr əsərləri nominasiyası üzrə Sona Vəliyevanın “İşığa gedən yol” kitabı qalib olub

    Bakı. 2 may. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qızıl Kəlmə” Ədəbi Mükafatının 2017-ci il üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

    "Report"un məlumatına görə, mükafatların təqdim olunma mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, “Qızıl kəlmə” ədəbiyyat mükafatı artıq cəmiyyətdə özünə layiqli yer tutub: "Mükafatın nominasiyalarının sayını artırmaqla biz ədəbiyyatın inkişafına müəyyən dərəcədə təkan vermək istədik. Qaliblərin hamısını təbrik edirəm, onlara uğurlar arzulayıram. Əminəm ki, mükafat alan əsərlər geniş ictimaiyyətə çatdırılacaq, oxucu kütləsi tərəfindən maraqla oxunacaq və kitabxanalara təqdim olunacaq".

    Sonra yazıçı və şairlər, ədəbiyyatşünas ailmlər, incəsənət xadimləri çıxış ediblər. 

    Sayca beşinci “Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulu 2016-cı ilin noyabr ayında başlanıb və 2017-ci il aprelin 10-da başa çatıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib.

    Qeyd edək ki, bütün əsərlər “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının üzvləri tərəfindən oxunub və qiymətləndirmə cədvəlində komissiya üzvləri hər nominasiya üzrə seçdiyi əsəri xüsusi işarə ilə qeyd ediblər. Daha sonra komissiyasının yekun iclasında qiymətləndirmə cədvəlinə əsasən alınan nəticələr səsə qoyulub. Beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

    Mükafatın qalibləri aşağıdakı kimi müəyyən edilib:

    Nəsr əsərləri nominasiyası üzrə

    Sona Vəliyeva.“İşığa gedən yol” kitabı

    Vaqif Nəsib.“Sənsizlik, mənsizlik, onsuzluq” romanı

    Əkrəm Qaflanoğlu. “Talelər kəsişəndə” kitabı

    Poeziya əsərləri nominasiyası üzrə

    Firuzə Məmmədli. “Seçilmiş əsərləri” kitabı

    Vaqif Bayatlı Odər. “Hər iki dünyanın ən gözəli” silsilə şeirləri

    Ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə

    Bəsti Əlibəyli. “İkinci mətn” kitabı

    Nərgiz Cabbarlı. “Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı” kitabı

    Orijinaldan bədii tərcümə əsərləri nominasiyası

    Əyyub Qiyas. Svetlana Aleksiyeviçin “Müharibənin qadın olmayan üzü” romanı

    Fərid Hüseyn. Orxan Kamalın “Nazim Hikmətlə 3 il yarım” əsəri

    Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə

    Zahid Xəlil. “Ağ leyləklər” kitabı

    Qəşəm Nəcəfzadə. “Çiçəkli xalça” kitabı

    “Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” mükafatı

    Mirmehdi Ağaoğlu. “Alman malı” kitabı

    Şəhriyar del Gerani. “Darıxmağın adı” kitabı

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi