Qılman İlkinin "Bakı və bakılılar" kitabının dördüncü nəşri çapdan çıxıb

Qılman İlkinin "Bakı və bakılılar" kitabının dördüncü nəşri çapdan çıxıb 200 tirajdan ibarət olan kitabın yaxın vaxtlarda təqdimat mərasimi keçiriləcək
Ədəbiyyat
9 İyun , 2015 14:37
Qılman İlkinin Bakı və bakılılar kitabının dördüncü nəşri çapdan çıxıb

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycanın xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin “Bakı və bakılılar” kitabının dördüncü nəşri çap edilib.

Bu barədə "Report"a yazıçının oğlu Ayaz Musayev məlumat verib.

Onun sözlərinə görə, atasının ölümündən sonra bu kitab ilk dəfə nəşr edilib: "Atamın sağlığında kitabın 3 cildi nəşr olunmuşdu. Dördüncü cildi görmək ona qismət olmadı. Əsər "Kitab Klubu"nun təşəbbüsü ilə çap edilib. Bakı və bakılıların tarixini bilmək istəyənlər bu kitabı oxuya bilərlər". 

Qeyd edək ki, kitabın redaktoru Ayaz Musayevdir. 200 tirajdan ibarət olan kitabın yaxın vaxtlarda təqdimat mərasimi keçiriləcək.

Qılman İlkinin “Bakı və bakılılar” kitabında Bakı və onun qədim tarixi haqqında geniş məlumatlar var. Kitabda Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi, xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtın mənzərəsi ustalıqla təsvir edilib. Oxunaqlı dillə qələmə alınan bu əsəri qədim fotolar bəzəyir.

Son xəbərlər

Orphus sistemi