Bakı. 17 aprel. REPORT.AZ/ Londonda növbəti beynəlxalq kitab sərgisi keçirilib.
"Report" xəbər verir ki,
Sərgi ekspozisiyasında Qız qalasının təsviri olan 40 kvadratmetrlik sahədə qurulmuş stendimiz xüsusi tərtibatı ilə diqqət çəkib. Burada
Stendə quraşdırılmış monitorda Azərbaycanın gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Sərgidə Mədəniyyət və Turizm Nazirliyi kitab dövriyyəsi və nəşriyyatlar ilə iş şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud, nəşriyyatların təmsilçiləri iştirak edib. Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfiri Tahir Tağızadə stendimizi ziyarət edib.
Qeyd edək ki, 1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan London sərgisində bu il Avropa ölkələrindən, eləcə də ABŞ, Kanada, Yaponiya, Çin, Koreya Respublikası, Səudiyyə Ərəbistanı, Hindistan və Türkiyədən 500-ə yaxın dövlət və özəl nəşriyyatlar iştirak edib.
Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyi 2009-cu ildən ölkəmizi London beynəlxalq kitab sərgisində təmsil edir.