Yazıçı-publisist Mənzərə Sadıqovanın əsərlərini təhlil edən insan-cəmiyyət-zaman münasibətləri barədə kitab çap olunub

Yazıçı-publisist Mənzərə Sadıqovanın əsərlərini təhlil edən insan-cəmiyyət-zaman münasibətləri barədə kitab çap olunub “YaşaM” və “Qadınlar və kişilər” əsərləri təhlil olunur
Ədəbiyyat
29 Mart , 2016 09:58
Yazıçı-publisist Mənzərə Sadıqovanın əsərlərini təhlil edən insan-cəmiyyət-zaman münasibətləri barədə kitab çap olunub

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Hikmət Məlikzadənin müəllifi olduğu “Mənzərə Sadıqovanın yaradıcılığında insan-cəmiyyət-zaman münasibətləri” kitabı çap olunub.

"Report" xəbər verir ki, kitabda filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Mənzərə Sadıqovanın “YaşaM” və “Qadınlar və kişilər” əsərləri təhlil olunur. Nəşrdə M.Sadıqovanın fəlsəfi görüşlərindən, sənətkarlıq xüsusiyyətlərindən bəhs edilir, müasirlərimizin mənəvi aləmini insan-cəmiyyət-zaman kontekstində işıqlandırmaq manerasından söhbət açılır.

Nəşrin elmi redaktoru filologiya elmlər doktoru, professor Şirindil Alışanlı, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucovdur.

Kitaba yazılmış “Giriş”də M.Sadıqovanın yaradıcılığından söz açılır. Bildirilir ki, insanın yaşayış tərzinin ümumiləşdirilməsi üsulu Mənzərə Sadıqova yaradıcılığının ən səciyyəvi məziyyətlərindən biridir. Onun 30 illik yaradıcılığının bəhrəsi olan “YaşaM” kitabında bu ümumiləşdirmənin publisistik çalarını, ictimai dəyərini rəngarəng duyğularla sezmək mümkündür. Kitabda, həmçinin insanın həyat qayəsi tam olaraq yəqinləşir, onun davranışındakı psixoloji durum müxtəlifliyinin bədii təsdiqini görürük. Müəllifin istedadlı publisistin zaman anlayışını sıx-sıx mənalandırması təsadüfi deyildir. Publisistik təfəkkürümüzün incəliklərinə varan “YaşaM”dakı məqalələrdə epizodlar lakonikdir, obrazlıdır, mükəmməldir və bütün bu xüsusiyyətləri ilə bədii bir məcraya yönəlir.

Yazıda vurğulanır ki, M.Sadıqovanın çoxşaxəli yaradıcılığında yol və səmt müxtəlifdir, amma mahiyyətlə son məqam eynidir.

“Mənzərə Sadıqovanın fəlsəfi yanaşmasında ədəbi hiss və həyat təzahürü”, “Publisistik məharətin hüdudsuzluğu”, “Müasir ədəbi prosesdə M.Sadıqovanın yeri” və digər sərlövhəli yazıların yer aldığı 160 səhifəlik bu monoqrafiya ədəbiyyatşünaslar, bakalavr, magistr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi