Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün görkəmli rus yazıçısı, dramaturq Anton Pavloviç Çexovun doğum günüdür.
"Report"un xəbərinə görə, yazıçının 155 illik yubileyidir.
Görkəmli dramaturqun yubileyi Moskva teatrlarında qeyd edilir.
A.Çexovun əsərləri bütün teatrların repertuarına daxildir. Rusiyada olduğu qədər keçmiş postsovet respublikalarında, o cümlədən Azərbaycan teatrlarının səhnəsində Çexov əsərləri zaman-zaman tamaşaya qoyulub.
Yazıçının əsərləri əsasında 235 bədii, 10 animasiya filmi ekranlaşdırılıb.
Qeyd edək ki, Antоn Pavloviç Çeхоv 1860-cı ildə Taqanroqda (Rusiya İmperiyası) anadan olub.
Çeхоv dramaturq kimi də klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb. Antоn Pavlоviç Çeхоv iхtisasca həkim оlsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb.
O, 1904-cü il iyulun 15-də vəfat edib.