Gəncədə yazıçı-publisist Qərib Mehdinin 85 illik yubileyi keçirilib

Gəncədə yazıçı-publisist Qərib Mehdinin 85 illik yubileyi keçirilib Gəncədə nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Qərib Mehdiyevin 85 illik yubileyi qeyd olunub.
Ədəbiyyat
15 Dekabr , 2021 20:25
Gəncədə yazıçı-publisist Qərib Mehdinin 85 illik yubileyi keçirilib

Gəncədə nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Qərib Mehdiyevin 85 illik yubileyi qeyd olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Məhsəti Gəncəvi Mərkəzində keçirilən yubiley gecəsində Qərib Mehdinin həyat və yaradıcılığına nəzər salınıb, onun əmək fəaliyyəti haqqında danışılıb.

Bildirilib ki, Qərib Mehdiyev yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlayıb. İlk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa verib. Ədibin "Oxşarlar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Qərib Mehdiyevin əsərləri bir çox xarici dillərdə nəşr olunub.

Daha sonra tədbir iştirakçıları ömrünü yaradıcılığa həsr edən Qərib Mehdini 85 illik yubileyi münasibətilə təbrik edərək ona xoş arzularını diləyiblər və hədiyyələr təqdim ediblər.

Yubiley gecəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Göygöl Mahnı və Rəqs Ansamblının muğam üçlüyünün təqdimatında xalq və bəstəkar mahnıları səslənib.

Son xəbərlər

Orphus sistemi