Bakı. 29 yanvar. REPORT.AZ/ "Ən yeni rus ədəbiyyatı" antologiyası Azərbaycan dilində işıq üzü görüb
"Report" xəbər verir ki, antologiya Rusiyanın Bədii Tərcümə İnstitutunun dəstəyi ilə nəşr olunub. Kitab 2 cilddən ibarətdir. I cilddə ən yeni dövr rus ədəbiyyatı nümayəndələrinin nəsr, II cilddə isə poeziya nümunələrindən seçmələr daxil edilib.
Kitabın redaktorları filologiya elmləri doktoru, professor Telman Vəlixanlı və Bella Musayevadır. Tərcüməçilər Telman Vəlixanlı, Seyfəl Həsənov, Əliş Mirzallı, Jalə İsmayılova, Heydər Orucov, Rüstəm Kamal, Səlim Babullaoğlu, Kamran Hacıyev və Etimad Başkeçiddir.
Qeyd edək ki, antologiyanın I hissəsində Y.Polyakov, V.Voynoviç, B.Yevseyev, L.Ulitskaya, T.Tolstaya və L.Petruşevskayanın Azərbaycan dilinə tərcümə olunan nəsr əsərləri yer alır. II hissədə isə ən yeni rus poeziyasının nümayəndələri - M.Ayzberqin, T.Kibirovun, V.Nekrasov, V.Kuçeryavkin, V.Filippov və başqalarının nəzm əsərləri daxil edilib.