Bakıda “Türkiyə-Azərbaycan nəşriyyatçılığı” adlı simpoziumun açılışı olub

Bakıda “Türkiyə-Azərbaycan nəşriyyatçılığı” adlı simpoziumun açılışı olub Simpozium sentyabrın 30-dək davam edəcək
Ədəbiyyat
28 Sentyabr , 2017 16:12
Bakıda “Türkiyə-Azərbaycan nəşriyyatçılığı” adlı simpoziumun açılışı olub

Bakı. 28 sentyabr. REPORT.AZ/ AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Türkiyə-Azərbaycan nəşriyyatçılığı” adlı simpoziumun açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə səfirlik nümayəndələri, Türkiyə və Azərbaycanın ədəbiyyat adamları, tanınmış alimlər, yayım evlərinin rəhbərləri, nəşriyyat müdirləri, media nümayəndələri və s. iştirak ediblər.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr daha da möhkəmlənməlidir: "Biz bir-birimizi kəşf etməyimiz üçün bir sıra komplekslərdən xilas olmalıyıq. Bizim burada uzunmüddətli dostlarımız var. Lakin əlaqələrimiz sənət və təşkilati cəhətdən dərinləşməyib. Bunun üçün də qarşıdakı günlərdə Türkiyə-Azərbaycan rəssamlar və ədəbiyyat günləri təşkil edəcəyik".

Tədbirdə kitabçılığın inkişaf etdirilməsi yolları, Türkiyə-Azərbaycan əlaqələri, həyata keçiriləcək layihələr haqqında məruzələr oxunub.

Qeyd edək ki, simpozium sentyabrın 30-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi