Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin (AYB) binası təmir olunacaq.
"Report"un xəbərinə görə, AYB bununla bağlı tender elan edib.
AYB-nin mətbuat katibi Xəyal Rza "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O, təmir işlərinin binanın içərisində olacağını deyib: "Binamızın ciddi təmirə ehtiyacı yoxdur. Lakin binanın daxilində orta təmirə ehtiyac var. Buna kosmetik təmir də demək olar. Bu işlər dövlətin ayırdığı vəsait hesabına aparılacaq. Təmir işləri iyulun sonu, avqustun əvvəllərinə təsadüf edəcək".
O əlavə edib ki, təmir işləri başlayan ərəfədə, iyulun 15-dən sonra AYB-nin "Natəvan" adına klubunda tədbirlərin keçirilməsi başa çatacaq və Yazıçılar Birliyinin kollektivi məzuniyyətə gedəcək.
Qeyd edək ki, AYB binasının təmir edilməsi üçün tender elan edilib.