Azərbaycan və Çin milli kitabxanaları arasında memorandum imzalanıb

Azərbaycan və Çin milli kitabxanaları arasında memorandum imzalanıb Milli Kitabxanaya Çin dilində 5 ədəd kitab hədiyyə edilib
Ədəbiyyat
15 Sentyabr , 2015 20:34
Azərbaycan və Çin milli kitabxanaları arasında memorandum imzalanıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan və Çin milli kitabxanaları arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.

"Report" xəbər verir ki, Çin Milli Kitabxanasının direktoru Han Yongjinin rəhbərlik etdiyi 5 nəfərdən ibarət nümayəndə heyəti ilə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Çin əlaqələrindən danışılıb və bu memorandumun hər iki ölkənin oxucuları üçün çox əhəmiyyətli olacağını qeyd edilib. Elektron resursların mübadiləsi, sənədlərin konservasiya və qorunması məsələlərinə toxunulub. 

Azərbaycan Milli Kitabxanası ilə Çin Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandumun rəsmi imzalanma mərasimində Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyev, respublikanın aparıcı kitabxanalarının direktorları və nümayəndələri, milli kitabxananın əməkdaşları iştirak edib.

Çin Milli Kitabxanasının direktoru Han Yongjin Çin dilində 5 ədəd kitabı Milli Kitabxanaya hədiyyə edib. Kərim Tahirov öz növbəsində Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın xəritəsi, Azərbaycan mətbəxi (ingilis dilində), Qobustan-Minilliklərin kitabı (Azərbaycan və ingilis dillərində), Azərbaycan ədəbiyyatı (şeirlər, ingilis dilində) və Qarabağ (ingilis dilində), Azərbaycan xalçaları (ingilis dilində) kitablarını qonaqlara təqdim edib. 

Sonda tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanasının fondunda qorunan Çin dilində və Çinə aid ədəbiyyatla tanış olublar.

Son xəbərlər

Orphus sistemi