Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə nəşr olunub

Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə nəşr olunub Bakı. 12 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzi tərəfindən Aşıq sənətinin tədrisi üzrə metodik tövsiyə çap edilib.
Ədəbiyyat
12 Yanvar , 2018 14:41
Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə nəşr olunub

Bakı. 12 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzi tərəfindən "Aşıq sənətinin tədrisi üzrə metodik tövsiyə" çap edilib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən  "Report"a verilən məlumata görə, bu, aşıq sənətinin tədrisi və metodikası üzrə ilk tədris vəsaitidir.

Vəsaitin müəllifi Gədəbəy Aşıq məktəbinin direktoru Etibar Əliyevdir. Metodiki tövsiyədə aşıq havalarının tədris edilməsində musiqi aləti olaraq sazdan istifadə edilməsiylə yanaşı, aşıq sənətinin sinkretik (qovuşuq) sənət olduğunu şagirdlərə izah etmək üçün sazın texniki quruluşu ilə bağlı məlumatlar, aşıq poeziyası, o cümlədən deyişmə nümunələri, dastan yaradıcılığı, səhnə davranışı, aşıq sənətinə dövlət qayğısı və s. barədə bilgilər verilib.

Gədəbəy Aşıq məktəbinin direktoru, folklorşünas Etibar Əliyev aşıq sənətinin tədrisində yenə ilk dəfə olaraq nəzərdə tutulan "Aşıq sənəti tarixi" nəzəriyyə fənninin də müəllifidir. O, məlum nəzəriyyə fənni üzrə proqram - dərslik yazıb. Bu ilki tədris ilindən başlayaraq Gədəbəy Aşıq məktəbində "Aşıq sənəti tarixi" fənni tədris edilməkdədir.

Gədəbəy Aşıq məktəbinin direktoru Etibar Əliyev həm də Azərbaycanda 19-cu əsrin ortaları - 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş alman milliyyətli Simens qardaşlarının Gədəbəydəki izləri ilə məşğuldur. Onun bu sahədə növbəti kitabı (albom-mətn tərtibatında) "Simenslər Azərbaycanda" kitabı çap edilib.

Son xəbərlər

Orphus sistemi