Suriyadakı hücumlarda 92 nəfər ölüb
- 24 yanvar, 2015
- 06:38
Bakı. 24 yanvar. REPORT.AZ/ Suriyada Bəşər Əsəd rejiminə məxsus qüvvələrin müxtəlif şəhərlərdə müxalifətin nəzarətində olan ərazilərə quru və havadan təşkil etdiyi hücumlarda 92 nəfərin öldüyü bildirilib. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Suriya İnsan Haqları Təşkilatının (SNHR) yaydığı məlumata görə, rejim qüvvələrinin havadan və qurudan hakimiyyətə qarşı çıxanların nəzarətində olan əraziləri ağır silahlarla bombardman etməsi nəticəsində çoxlu sayda insan təlafatı qeydə alınıb. Ən çox itki isə paytaxt Dəməşqdə 61 nəfərin ölümü olub.
Suriyanın rəsmi agentliyi SANA-nın yaydığı məlumatda isə təhlükəsizlik qüvvələrinin Hələb, Dəməşq və ətraf ərazilərdə keçirdiyi əməliyyatlarda çoxlu sayda silahlı qruplaşmanın zərərsizləşdirildiyi qeyd olunub.