Yuxarı

Yunanıstanda 12 il əvvəl itkin düşmüş britaniyalının qalıqları tapılıb

Yunanıstanda 12 il əvvəl itkin düşmüş britaniyalının qalıqları tapılıb
Stiven Kukun skeleti quyunun içində olub

Bakı. 25 fevral. REPORT.AZ/ On iki il əvvəl, 1 sentyabr 2005-ci ildə Yunanıstanın Krit adasında yerləşən Malia kurort şəhərciyində itkin düşmüş 20 yaşlı britaniyalı Stiven Kukun qalıqları tapılıb.

"Report" xəbər verir ki, bu barədə Afina xəbər agentliyi məlumat yayıb.

Gəncin skeleti yerli sakinlər tərəfindən Malia yaxınlığındakı quyudan tapılıb. Onun yanında kamera və dəri kəmər olub.

Polisin məlumatına görə, genetik material ekspertizaya göndərilib və cəsədin Kuka aid olduğu təsdiqlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi