Yunanıstanda 12 il əvvəl itkin düşmüş britaniyalının qalıqları tapılıb

Yunanıstanda 12 il əvvəl itkin düşmüş britaniyalının qalıqları tapılıb Stiven Kukun skeleti quyunun içində olub
Digər ölkələr
25 Fevral , 2017 02:19
Yunanıstanda 12 il əvvəl itkin düşmüş britaniyalının qalıqları tapılıb

Bakı. 25 fevral. REPORT.AZ/ On iki il əvvəl, 1 sentyabr 2005-ci ildə Yunanıstanın Krit adasında yerləşən Malia kurort şəhərciyində itkin düşmüş 20 yaşlı britaniyalı Stiven Kukun qalıqları tapılıb.

"Report" xəbər verir ki, bu barədə Afina xəbər agentliyi məlumat yayıb.

Gəncin skeleti yerli sakinlər tərəfindən Malia yaxınlığındakı quyudan tapılıb. Onun yanında kamera və dəri kəmər olub.

Polisin məlumatına görə, genetik material ekspertizaya göndərilib və cəsədin Kuka aid olduğu təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi