Bakı. 21 fevral. REPORT.AZ/ Bir qrup silahlı şəxs Venesuelanın Ekvadorun Qauyakil şəhərindəki Baş Konsulluğuna hücum edib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"Onlar konsulluğun bütün maliyyə vəsaitini götürüblər, diplomatik işçiləri döyüblər və siyasi fikirlərimizə görə onlarla məzələniblər", - diplomatik missiyanın rəhbəri Fernando Bello bildirib.
Diplomatın sözlərinə görə, hücum edənlər 7 nəfər olub. Faktla bağlı istintaq aparılır.
Daha əvvəl Bolivar Respublikasının xarici işlər naziri Xorge Arreas naməlum şəxslərin Venesuelanın Kosta-Rikadakı səfirliyinin ərazisinə soxulduqlarını bildirmişdi.