Venesuelanın Ekvadordakı Baş Konsulluğuna hücum edilib

Venesuelanın Ekvadordakı Baş Konsulluğuna hücum edilib Bakı. 21 fevral. REPORT.AZ/ Bir qrup silahlı şəxs Venesuelanın Ekvadorun Qauyakil şəhərindəki Baş Konsulluğuna hücum edib.
Digər ölkələr
21 Fevral , 2019 10:49
Venesuelanın Ekvadordakı Baş Konsulluğuna hücum edilib

Bakı. 21 fevral. REPORT.AZ/ Bir qrup silahlı şəxs Venesuelanın Ekvadorun Qauyakil şəhərindəki Baş Konsulluğuna hücum edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Onlar konsulluğun bütün maliyyə vəsaitini götürüblər, diplomatik işçiləri döyüblər və siyasi fikirlərimizə görə onlarla məzələniblər", - diplomatik missiyanın rəhbəri Fernando Bello bildirib.

Diplomatın sözlərinə görə, hücum edənlər 7 nəfər olub. Faktla bağlı istintaq aparılır.

Daha əvvəl Bolivar Respublikasının xarici işlər naziri Xorge Arreas naməlum şəxslərin Venesuelanın Kosta-Rikadakı səfirliyinin ərazisinə soxulduqlarını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi