Yuxarı

Fransada “sarı jiletlilər”in nümayişləri zamanı xəsarət alan jandarmların sayı açıqlanıb

“Sarı jiletlilər”in aksiyalarında xəsarət alanların sayı açıqlanıb

Fransada 2018-ci ilin noyabr ayından etibarən keçirilən “sarı jiletlilər”in etiraz aksiyaları zamanı cəmi 550 nəfər jandarm xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Milli Jandarmeriyasının baş direktoru Rişar Lizure bildirib.

O, həmin rəqəmi kütləvi etiraz aksiyalarının əvvəlindən zorakılıq mühitinə keçməsinə dəlalət kimi dəyərləndirərək, jandarm qüvvələri və polis tərəfindən iriçaplı rezin güllə atan tüfənglərin geniş tətbiqinə haqq qazandırıb: “Bu, hücumlara məruz qalan asayiş əməkdaşlarının özlərini qorumaq üçün zəruri idi”.

Xatırladaq ki, “sarı jiletlilər” hərəkatı Fransada avtomobil yanacağının bahalaşmasına qarşı etiraz aksiyaları 2018-ci il noyabrın 17-dən başlayıb. Ötən müddət ərzində hərəkat iqtisadi tələblərlə yanaşı, siyasi məzmunlu tələblər də irəli sürməyə başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi