​Rusiya XİN-dən ABŞ və Kanadanın sanksiyalarına cavab

​Rusiya XİN-dən ABŞ və Kanadanın sanksiyalarına cavab "Uyğun addımın atılması ilə məşğul olacağıq"
Digər ölkələr
20 Dekabr , 2014 14:56
​Rusiya XİN-dən ABŞ və Kanadanın sanksiyalarına cavab

Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi (XİN) yeni sanksiyaların tətbiqi ilə bağlı ABŞ və Kanadaya xəbərdarlıq edərək, bu addımı atmaqdan çəkinməyi məsləhət görüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, nazirlik cavab tədbirlərinin görülməsi ilə məşğul olacağını bildirib.

"Vaşinqton və Ottavaya bu hərəkətin uyğun cavabı olacağı haqda düşünməyi məsləhət görürük. Biz isə cavab tədbirlərinin hazırlanması ilə məşğul olacağıq", - nazirlik bəyan edib.

Xatırladaq ki, ABŞ və Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Son xəbərlər

Orphus sistemi