Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi (XİN) yeni sanksiyaların tətbiqi ilə bağlı ABŞ və Kanadaya xəbərdarlıq edərək, bu addımı atmaqdan çəkinməyi məsləhət görüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, nazirlik cavab tədbirlərinin görülməsi ilə məşğul olacağını bildirib.
"Vaşinqton və Ottavaya bu hərəkətin uyğun cavabı olacağı haqda düşünməyi məsləhət görürük. Biz isə cavab tədbirlərinin hazırlanması ilə məşğul olacağıq", - nazirlik bəyan edib.
Xatırladaq ki, ABŞ və Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.