Yuxarı

Rusiya Müdafiə Nazirliyi: "İl-20"nin vurulması İsrail təxribatının nəticəsidir

Dinlə
© /ria.ru

Bakı. 18 sentyabr. REPORT.AZ / Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Aralıq dənizi üzərində Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən vurulub. 

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bunu təsdiqləyən Rusiya Müdafiə Nazirliyinin təmsilçisi İqor Konaşenkovun sözlərinə görə, həmin vaxt İsrailə məxsus dörd "F-16" qırıcı təyyarəsi Latakiya şəhəri yaxınlığındakı sənaye müəssisələrinə zərbə endirərək yaxınlıqdakı gəmi və təyyarələr üçün təhlükə yaranmasına səbəb olub.

Latakiyaya hava zərbəsi barədə cəmi bir dəqiqə əvvəl məlumatlandırıldıqlarını qeyd edən İ.Konaşenko vurulan təyyarənin israilli pilotlar tərəfindən əvvəlcədən “görülməməsi mümkün olmadığını” vurğulayaraq, hadisəni “şüurlu şəkildə törədilən təxribat” kimi səciyyələndirib.

O deyib ki, Rusiya İsrailin bu təxribatını düşmən hərəkəti kimi qiymətləndirir və uyğun cavab tədbirlər görmək hüququnu özündə saxlayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi