Peru-Braziliya sərhədində güclü zəlzələ baş verib

Peru-Braziliya sərhədində güclü zəlzələ baş verib Təbii fəlakət zamanı xəsarət alanların olması barədə məlumat yoxdur
Digər ölkələr
18 Dekabr , 2016 20:36
Peru-Braziliya sərhədində güclü zəlzələ baş verib

Bakı. 18 dekabr. REPORT.AZ/ Peru-Braziliya sərhədlərində 6,4 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə "France Presse" ABŞ-ın Geologiya İnstitutuna istinadən xəbər yayıb.

Məlumata görə, yeraltı təkanlar Perunun Esperanz şəhərindən 100 kilometr cənub-şərqdə və Braziliyanın Tarauaka şəhərindən 208 kilometr cənubda qeydə alınıb. Zəlzələ ocağı 550 kilometr dərinlikdə yerləşib.

Perunun Mülki Müdafiəsinin təmsilçilərinin sözlərinə görə, təbii fəlakət zamanı xəsarət alanların olması barədə məlumat daxil olmayıb.

Geoloqlar bildiriblər ki, ocaqları daha dərində yerləşən zəlzələlər ocağı  nisbətən yer qatının yüksəkliklərində yerləşən yeraltı təkanla müqayisədə az dağıdıcı olur. 

Son xəbərlər

Orphus sistemi