Bakı. 18 dekabr. REPORT.AZ/ Peru-Braziliya sərhədlərində 6,4 bal gücündə zəlzələ baş verib.
"Report"un məlumatına görə, bu barədə "France Presse" ABŞ-ın Geologiya İnstitutuna istinadən xəbər yayıb.
Məlumata görə, yeraltı təkanlar Perunun Esperanz şəhərindən 100 kilometr cənub-şərqdə və Braziliyanın Tarauaka şəhərindən 208 kilometr cənubda qeydə alınıb. Zəlzələ ocağı 550 kilometr dərinlikdə yerləşib.
Perunun Mülki Müdafiəsinin təmsilçilərinin sözlərinə görə, təbii fəlakət zamanı xəsarət alanların olması barədə məlumat daxil olmayıb.
Geoloqlar bildiriblər ki, ocaqları daha dərində yerləşən zəlzələlər ocağı nisbətən yer qatının yüksəkliklərində yerləşən yeraltı təkanla müqayisədə az dağıdıcı olur.