Parisdə polis "sarı jiletlilər"ə qarşı qaz və tüstü şaşkalarından istifadə edib

Parisdə polis "sarı jiletlilər"ə qarşı qaz və tüstü şaşkalarından istifadə edib Fransada polis Parisin kənarında etiraz edən sarı jiletlilərə qarşı gözyaşardıcı qaz və tüstü şaşkalarından istifadə edib.
Digər ölkələr
16 Noyabr , 2019 16:02
Parisdə polis sarı jiletlilərə qarşı qaz və tüstü şaşkalarından istifadə edib
РИА "Новости"

Fransada polis Parisin kənarında etiraz edən "sarı jiletlilər"ə qarşı gözyaşardıcı qaz və tüstü şaşkalarından istifadə edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, aksiya Parisin 17-ci dairəsindəki Şamperre meydanında keçirilir.

Meydana yüzlərlə etirazçı toplaşıb. Onlar səhərdən etibarən dairəvi yolda nəqliyyatın hərəkətini əngəlləməyə çalışırlar, bir neçə dəfə polislə toqquşma yaşanıb. İlkin məlumatlara görə, polis 16 nəfəri saxlayıb.

Qeyd edək ki, bu həftəsonu Fransada "sarı jiletlilər"in etirazlarının birinci ildönümü ilə əlaqadar nümayişlər keçirilir. Onların heç də hamısı razılaşdırılmayıb.

Son xəbərlər

Orphus sistemi