Konqoda dəniz özülündə yanğın baş verib

Konqoda dəniz özülündə yanğın baş verib Hadisə zamanı bir nəfər ölüb
Digər ölkələr
2 Dekabr , 2016 15:32
Konqoda dəniz özülündə yanğın baş verib

Bakı. 2 dekabr. REPORT.AZ/ Konqonun “Foukanda” dəniz özülündə ötən gün yanğın baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “Eni” şirkəti hadisə zamanı bir nəfərin ölməsi barədə məlumat yayıb.

Həmin şəxs kran operatoru olub və evakuasiya zamanı itib. Yanğın söndürüldükdən sonra isə onu ölü olaraq tapıblar.

Məlumata görə, özüldə olan 45 nəfərdən 5 nəfəri yüngül yanıq xəsarəti alıb.

“Eni” şirkəti yanğının səbəblərinin araşdırıldığını və əlavə məlumat veriləcəyini deyib.

Qeyd edək ki, “Eni” şirkəti Konqonun quru və dəniz ərazisində kəşfiyyat və hasilatla məşğuldur. İtaliya şirkəti “Foukanda” layihəsində 58% payla operatordur.

Son xəbərlər

Orphus sistemi