Yuxarı

KİV: 1961-ci ildə BMT Baş katibinin təyyarəsini belçikalı pilot vurmuşdu

Bakı. 14 yanvar. REPORT.AZ/ Belçikalı pilot Yan van Rissegem 1961-ci ildə Şimali Rodeziya (hazırda Zambiya) hava məkanında BMT-nin o zamankı Baş katibi Daq Hammarskyöldün olduğu təyyarəni vuran qırıcı təyyarənin komandiri olduğunu etiraf edib.

“Report” “De Morgen”ə istinadən xəbər verir ki, bu barədə keçmiş desant hissəsinin hərbi qulluqçusu Pyer Koppens nəql edib.

“Yan van Rissegemin o təyyarəni vurduğunu bilirəm, çünki bunu mənə özü danışmışdı”, - deyə hazırda İspaniyada yaşayan, 2007-ci ildə vəfat etmiş D.Rissegemlə hələ 1965-ci ildə ixtisas kursu keçərkən tanış olan P.Koppens qeyd edib.

Qeyd edək ki, BMT-nin isveçli Baş katibi Daq Hammarskyöld Konqonun Katanqa əyalətində separatçıların lideri Mois Çobme ilə danışıqlara gedərkən 1961-ci il sentyabrın 18-nə keçən gecə Ndola şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində 15 nəfərlə birgə həlak olmuşdu. O vaxtdan hadisə barədə müxtəlif fərziyyələr irəli sürülüb, dəqiq səbəb tapılmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi