Bakı. 14 yanvar. REPORT.AZ/ Belçikalı pilot Yan van Rissegem 1961-ci ildə Şimali Rodeziya (hazırda Zambiya) hava məkanında
“Report” “De Morgen”ə istinadən xəbər verir ki, bu barədə keçmiş desant hissəsinin hərbi qulluqçusu Pyer Koppens nəql edib.
“Yan van Rissegemin o təyyarəni vurduğunu bilirəm, çünki bunu mənə özü danışmışdı”, - deyə hazırda İspaniyada yaşayan, 2007-ci ildə vəfat etmiş D.Rissegemlə hələ 1965-ci ildə ixtisas kursu keçərkən tanış olan P.Koppens qeyd edib.
Qeyd edək ki, BMT-nin isveçli Baş katibi Daq Hammarskyöld Konqonun Katanqa əyalətində separatçıların lideri Mois Çobme ilə danışıqlara gedərkən 1961-ci il sentyabrın 18-nə keçən gecə Ndola şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində 15 nəfərlə birgə həlak olmuşdu. O vaxtdan hadisə barədə müxtəlif fərziyyələr irəli sürülüb, dəqiq səbəb tapılmayıb.