Hindistanda "Titli" siklonu qurbanlarının sayı 57 nəfərə çatıb

Hindistanda "Titli" siklonu qurbanlarının sayı 57 nəfərə çatıb Bakı. 18 oktyabr. REPORT.AZ/ Hindistanın şərq sahillərində, Orissa ştatında tüğyan edən Titli siklonunun və onun səbəb olduğu daşqınların qurbanlarının sayı 57 nəfərə çatıb.
Digər ölkələr
18 Oktyabr , 2018 02:53
Hindistanda Titli siklonu qurbanlarının sayı 57 nəfərə çatıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Hindistanın şərq sahillərində, Orissa ştatında tüğyan edən "Titli" siklonunun və onun səbəb olduğu daşqınların qurbanlarının sayı 57 nəfərə çatıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Yerli "Odisha Sun Times" nəşri bildirib ki, daha çox insan tələfatına Hajapati dairəsində rast gəlinib. Orada 39 nəfər dünyasını dəyişib.

Həlak olanların çoxu torpaq sürüşmələri, hasarların aşması, suda boğulmalar və ağacların qurbanı olub. Daha əvvəl 26 nəfərin siklonun qurbanı olduğu bildirilirdi.

Son xəbərlər

Orphus sistemi