Yuxarı

Hindistanda torpaq sürüşməsi nəticəsində azı 12 nəfər ölüb

© aa.com.tr

Bakı. 13 oktyabr. REPORT.AZ/ Hindistanın Orissa ştatının Hacapati rayonunda "Titli" siklonunun səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 12 nəfər, o cümlədən üç uşaq ölüb.

"Report" "Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, yerli səlahiyyətlilər daha 4 nəfərin itkin düşdüyünü bildirib.

Baraqhara kəndinin 22 sakini qasırğanın gətirdiyi küləyin evlərinin damını havaya sovurmasından sonra kəndin yaxınlığındakı mağaraya sığınıb. Güclü yağış isə torpaq sürüşməsinə gətirib çıxarıb və 16 nəfər sürüşmə axınına düşüb. Digər 6 nəfər rayon administrasiyasına başverənlər barədə məlumat verib.

Yerli səlahiyyətlilər 12 meyit tapdıqlarını, 4 nəfərin isə itkin düşdüyünü söyləyiblər.

"Titli" siklonunun yaratdığı daşqınlar nəticəsində Orissa ştatında 21 nəfər ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi