Hindistanda torpaq sürüşməsi nəticəsində azı 12 nəfər ölüb

Hindistanda torpaq sürüşməsi nəticəsində azı 12 nəfər ölüb Bakı. 13 oktyabr. REPORT.AZ/ Hindistanın Orissa ştatının Hacapati rayonunda Titli siklonunun səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 12 nəfər, o cümlədən üç uşaq ölüb.
Digər ölkələr
13 Oktyabr , 2018 12:44
Hindistanda torpaq sürüşməsi nəticəsində azı 12 nəfər ölüb
aa.com.tr

Bakı. 13 oktyabr. REPORT.AZ/ Hindistanın Orissa ştatının Hacapati rayonunda "Titli" siklonunun səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 12 nəfər, o cümlədən üç uşaq ölüb.

"Report" "Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, yerli səlahiyyətlilər daha 4 nəfərin itkin düşdüyünü bildirib.

Baraqhara kəndinin 22 sakini qasırğanın gətirdiyi küləyin evlərinin damını havaya sovurmasından sonra kəndin yaxınlığındakı mağaraya sığınıb. Güclü yağış isə torpaq sürüşməsinə gətirib çıxarıb və 16 nəfər sürüşmə axınına düşüb. Digər 6 nəfər rayon administrasiyasına başverənlər barədə məlumat verib.

Yerli səlahiyyətlilər 12 meyit tapdıqlarını, 4 nəfərin isə itkin düşdüyünü söyləyiblər.

"Titli" siklonunun yaratdığı daşqınlar nəticəsində Orissa ştatında 21 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi