Yuxarı

Fransanın DİN rəhbəri sinaqoqların təhlükəsizliyini gücləndirməyi tapşırıb

Fransanın DİN rəhbəri sinaqoqların təhlükəsizliyini gücləndirməyi tapşırıb
© Reuters

Bakı. 28 oktyabr. REPORT.AZ/ Fransanın daxili işlər naziri Kristof Kastaner ABŞ-ın Pittsburq şəhərində baş verən atışmadan sonra sinaqoqlarda təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb.

"Report" RT-yə istinadən xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Pittsburqda ölənlərin xatirəsinə dövlət bayraqlarının endirilməsinə dair fərman verib.

Xatırladaq ki, oktyabrın 27-də silahlı şəxs Pittsburqdakı sinaqoqlardan birinə gələnlərə atəş açıb. Son məlumatlara görə, hadisə nəticəsində 11 nəfər ölüb.

Hücumda şübhəli bilinən şəxsə qarşı ölüm hökmü ilə cəzalandırıla biləcək cinayətlər üzrə ittiham irəli sürüləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi