ABŞ-da sinaqoqa silahlı hücum etmiş şəxs edam oluna bilər

ABŞ-da sinaqoqa silahlı hücum etmiş şəxs edam oluna bilər Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ-ın Pittsburq şəhərində sinaqoqa hücum edərək odlu silahla 11 nəfəri qətlə yetirmiş şəxsə qarşı eləcə də ölüm hökmü ilə cəzalandırıla biləcək cinayətlər üzrə ittiham irəli sürüləcək.
Digər ölkələr
28 Oktyabr , 2018 05:43
ABŞ-da sinaqoqa silahlı hücum etmiş şəxs edam oluna bilər

Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ-ın Pittsburq şəhərində sinaqoqa hücum edərək odlu silahla 11 nəfəri qətlə yetirmiş şəxsə qarşı eləcə də ölüm hökmü ilə cəzalandırıla biləcək cinayətlər üzrə ittiham irəli sürüləcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu şənbə günü jurnalistlərə Birləşmiş Ştatların baş prokuroru Ceff Seşns deyib.

"Ədliyyə Nazirliyi ölüm cəzasına səbəb ola biləcək ittihamlar da daxil olmaqla, ədavət və digər cinayətlər zəminində ittihamlar irəli sürəcək", — deyə o bildirib.

Hadisə şənbə günü sinaqoqa çoxlu sayda insanın toplaşdığı vaxtda baş verib.

Son xəbərlər

Orphus sistemi