Bakı. 28 oktyabr. REPORT.AZ/ ABŞ-ın Pittsburq şəhərində sinaqoqa hücum edərək odlu silahla 11 nəfəri qətlə yetirmiş şəxsə qarşı eləcə də ölüm hökmü ilə cəzalandırıla biləcək cinayətlər üzrə ittiham irəli sürüləcək.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu şənbə günü jurnalistlərə Birləşmiş Ştatların baş prokuroru Ceff Seşns deyib.
"Ədliyyə Nazirliyi ölüm cəzasına səbəb ola biləcək ittihamlar da daxil olmaqla, ədavət və digər cinayətlər zəminində ittihamlar irəli sürəcək", — deyə o bildirib.
Hadisə şənbə günü sinaqoqa çoxlu sayda insanın toplaşdığı vaxtda baş verib.