Fransanın DİN rəhbəri sinaqoqların təhlükəsizliyini gücləndirməyi tapşırıb

Fransanın DİN rəhbəri sinaqoqların təhlükəsizliyini gücləndirməyi tapşırıb Bakı. 28 oktyabr. REPORT.AZ/ Fransanın daxili işlər naziri Kristof Kastaner ABŞ-ın Pittsburq şəhərində baş verən atışmadan sonra sinaqoqlarda təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb.
Digər ölkələr
28 Oktyabr , 2018 14:10
Fransanın DİN rəhbəri sinaqoqların təhlükəsizliyini gücləndirməyi tapşırıb
Reuters

Bakı. 28 oktyabr. REPORT.AZ/ Fransanın daxili işlər naziri Kristof Kastaner ABŞ-ın Pittsburq şəhərində baş verən atışmadan sonra sinaqoqlarda təhlükəsizlik tədbirlərini gücləndirməyi tapşırıb.

"Report" RT-yə istinadən xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Pittsburqda ölənlərin xatirəsinə dövlət bayraqlarının endirilməsinə dair fərman verib.

Xatırladaq ki, oktyabrın 27-də silahlı şəxs Pittsburqdakı sinaqoqlardan birinə gələnlərə atəş açıb. Son məlumatlara görə, hadisə nəticəsində 11 nəfər ölüb.

Hücumda şübhəli bilinən şəxsə qarşı ölüm hökmü ilə cəzalandırıla biləcək cinayətlər üzrə ittiham irəli sürüləcək.

Son xəbərlər

Orphus sistemi