Donald Tramp Barak Obamanı telefonunu dinləməkdə ittham edib

Donald Tramp Barak Obamanı telefonunu dinləməkdə ittham edib "Barak Obama seçki prosesi zamanı telefon danışıqlarımı dinləyəcək dərəcədə alçalıb"
Digər ölkələr
4 Mart , 2017 17:25
Donald Tramp Barak Obamanı telefonunu dinləməkdə ittham edib

Bakı. 4 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanı seçki kampaniyası zamanı onun telefon danışıqlarını dinləməkdə ittiham edib.

"Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter" səhifəsində yazıb.

"Prezident Obama seçki prosesi zamanı telefon danışıqlarımı dinləyəcək dərəcədə alçalıb. Bu, Niksonun Uotergeyt qalmaqalıdır. Mərc edə bilərəm ki, yaxşı vəkil prezident Obamanın düz seçkilər ərəfəsində, oktyabrda telefon danışıqlarımı dinləməsi faktından böyük iş çıxara bilər", - ABŞ prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi